Skip to content Skip to footer

HAZIR MƏHSULLAR

Bəzən xoşunuza gələn parçanı hazır məhsulun üzərində təsəvvür etmək çox çətin olar. Bu zaman təcrübəli dizaynerlərimiz və mebel ustalarımız hansı mebel növünə hansı parçanın uyğun gəldiyini söyləyərək sizə yardım edə bilər. Misal üçün, klassik üslubda olan divanlar məxmər, velür parça və ya tünd, dolğun rəngli, ya da pastel çalarlı dəri ilə daha yaxşı görünür. “Modern” üslubu seçmisinizsə əminliklə fərqli çalarlara, faktura və formalara üstünlük verə bilərsiniz. Yeni modern üslublu divanınız sıx toxunuşlu, hamar teksturalı və ya giş toxumalı parça üzlüklə mükəmməl görünəcək. “Çester” kimi məşhur modellər, sırıqlı elementlərə malik klassik modellər, “loft” üslubunda modellər və minimalist “modern” divanlar da daxil olmaqla geniş çeşiddə divanları seçiminizə təqdim edirik. Ümid edirik, təklif etdiyimiz geniş çeşid interyerinizə hansı yumşaq mebelin daha yaxşı uyğun gəlməsinə qərar verməyinizə kömək edəcək. Unutmayın ki, müasir dizaynda ən gözlənilməz qərarlar, üslub və ab-havanın eklektik vəhdəti mümkündür. Otaqları yalnız divan, kreslo, puf, sofa, taxt və stulların köməyi ilə deyil, divarların parça ilə, pəncərələrin isə pərdə və portyerlərlə bəzədilməsi yolu ilə vurğulaya bilərsiniz.

Yüksək keyfiyyət parçalar & bol assortiment yalnız bizdə

Ünvan

Ziya Bünyadov küçəsi, 23

Bizimlə əlaqə

+99450 228 95 99

Copyright © 2024 Tekstik.az. Bütün müəllif hüquqları qorunur.