Bizə zəng vurun

+99450 228 95 99

AZ RU EN

MEBEL PARÇALARI

Bütün mebel parçaları yüksək sap sıxlığına malik olması ilə seçilir. Bu çox təbiidir, çünki onlar tez köhnəlməməli, qırışmamalı, deformasiyaya uğramamalı, rəngi solmamalı və ya çirklənməməlidir. Parçanın sap sıxlığı onun keyfiyyətini xarakterizə edən əsas göstəricidir. Mebel üçün parça seçərkən onun sap sıxlığına diqqət yetirin. Yumşaq mebelin üzlənməsi üçün nəzərdə tutulmuş parçanın sap sıxlığı ən az 200 q/m² olmalıdır. Mağazamızda təqdim etdiyimiz parçalar sizi rəng və fakturaların geniş çeşidi, habelə sap sıxlığının 250q/m² və daha çox olması ilə razı salacaq. Yumşaq mebel üçün parça seçimi bir çox hallarda mebeli hara qoymağınızdan asılıdır. Misal üçün, biz uşaq otağında istifadə edilən mebelin üzlənməsi üçün ultramüasir "easy clean" parçasını təklif edirik. Bu parçanın üzərində avtomat qələmlə yazılmış yazılar belə quru parça ilə asanlıqla təmizlənə bilər. Kommersiya obyektləri üçün həm otaqda, həm də açıq hava altında saxlanılan mebellərin istehsalı üçün istifadə edilən, köhnəlməyən və su keçirməyən parçalar daha münasib olacaq.

Bakı, Ziya Bünyadov küç., ev 23 ünvanında yerləşən mağazamızda ən yaxşı üzlük parçaları bir araya gəlib. Bu materiallardan bəziləri aşağıda daha ətraflı təsvir olunub.

Qobelen parçaların çox qədim emal texnikasıdır. Onun nəfis çiçək və ya pastoral ornamentləri "provans" üslubunda döşənmiş klassik interyerlər üçün mükəmməl seçim olacaqdır. Ağ rəngli qapı taxtaları və qapılar, "şebbi-şik" üslubunda mebel, boz taxta döşəmələr və qobelenlər evinizə fransız əyaləti atmosferini gətirəcək.

Velür çox vaxt velvet adlandırılan xovlu parçadır. İnanılmaz yumşaqlığa və zərifliyə malik olan bu parça özünəməxsus parıltısı ilə istənilən interyerə bəzək verəcək. Karet tikməli və büllur düyməli velür divan və kreslolar günümüzdə yalnız mərmər naxışlı döşəməsi olan klassik interyerlərdə deyil, cəsur və qeyri-adi görünüşü olan müasir eklektik interyerlərdə də istifadə edilir.

Süni zamşa və ya mikrofibra "nubuk" materialına bənzəyən, su keçirməyən parçadır. Həm ofislər, həm də yaşayış obyektləri üçün ideal seçimdir. Belə materialın cəlbedici çalarları ilə üzlənmiş divan nikel aksesuarlarla bəzədilmiş və ümumilikdə hərəkət və səyahət ab-havası yaradan gənclik üslubunda döşənmiş interyeri çox ahəngdar şəkildə tamamlayacaq.

Eko-dəri dərinin parça astarda imitasiyasıdır. O, təbii dəri ilə müqayisədə buxar və sukeçirmə baxımından daha yaxşı keyfiyyətlərə malikdir, bir sözlə, bu müasir materialla üzlənmiş divandan yay aylarında da xoş hislərlə istifadə edə biləcəksiniz. "Çester" üslublu dəri divanların kərpic divarları və bu divarların üzərindən çəkilmiş ventilyasiya boruları ilə yadda qalan, keçmiş fabrik və zavodların istehsal obyektlərini imitasiya edən loft-interyerlə bir araya gətirilməsi hazırda dəbdədir.

Jakkard parça ilk dəfə Jozef Mari Jakkard tərəfindən kəşf olunmuş dəzgahda XVIII əsrdə istehsal edilmişdi. Çox vaxt basma adlandırılan bu parça qobelenin alternatividir, lakin daha nazik liflərin və ipək sapların istifadə edilməsi ilə hazırlanır. Jakkard parça ilə üzlənmiş mebel və divarlar klassik interyerin qızıl suyuna çəkilmiş qapı dəstələri, taxta üzərində naxışlar, qotazlı portyerlər, büllur çilçıraqlar, şamdanlar və gümüş qab-qacaq kimi atributları ilə çox gözəl ahəng təşkil edir.

Kətan bu möcüzəli bitkinin liflərindən hazırlanmış təbii materialdır. Kətan üzlüklü divan və kreslolar bahalı ağac növlərindən hazırlanmış mebel, təbii dəri aksesuarlar, ekzotik otaq bitkiləri, döşəməyə sərilmiş heyvan dəriləri və hindilərin divarlara asılmış maskaları ilə xarakterizə olunan "kolonial" üslubun ayrılmaz elementidir. Bu parça toxunma bağ mebeli və talvarlar üçün ideal seçimdir.